Azərbaycan AÇ-yə fiasko ilə başladı (YENİLƏNİB)
6 sentyabr 2013 21:53

Bu gün Almaniya və İsveçrədə voleybol üzrə Avropa çempionatına start verilib. Azerisport.az xəbər verir ki, qitə birinciliyində iştirak hüququ qazanan Azərbaycan millisi də ilk matçına çıxıb.
Faiq Qarayevin yetirmələri starda Xorvatiya ilə üz-üzə gəlib. Drezdendə baş tutacaq qarşılaşma komandamız üçün faciəvi alınıb. Belə ki, yığmamız bu görüşdən darmadağınla məğlub olub.
Qrupun digər oyununda isə Rusiya Belarusla qarşılaşacaq.
Avropa çempionatı
Qrup mərhələsi
C qrupu
6 sentyabr
Azərbaycan - Xorvatiya - 0:3 (15:25, 22:25, 21:25)