Azərbaycan Rusiyaya da uduzdu (YENİLƏNİB)
8 sentyabr 2013 22:30

Almaniya və İsveçrədə təşkil olunan voleybol üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, qitə birinciliyində mübarizə aparan Azərbaycan millisi də bu gün növbəti matçına çıxıb.
Faiq Qarayevin yetirmələri qrup mərhələsinin son turunda Rusiya ilə üz-üzə gəlib. Təəssüf ki, komandamız son görüşündə də məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, millimiz ilk görüşündə Xorvatiya ilə üz-üzə gəlmiş və 0:3 hesabıyla uduzmuşdu. Belarusla görüşdə isə 1:3 hesablı yenilgi ilə üzləşmişdik. Rusiyaya gəlincə, bu komanda əvvəlki oyunlarının hər ikisində 3:1 hesabıyla qalib gəlmişdi.
Qrupun digər oyununda Belarus Xorvatiya ilə qarşılaşıb. Xorvatlar 3:0 hesabıyla qalib gəliblər.
Avropa çempionatı
Qrup mərhələsi
C qrupu
8 sentyabr
Azərbaycan – Rusiya - 0:3 (16:25, 20:25, 26:28)
Turnir cədvəli: Rusiya - 9 xal (9:2), Xorvatiya - 6 (set fərqi 7:3), Belarus - 3 (4-7), Azərbaycan – 0 (1-9).