Azərbaycan Belarusa da uduzdu (YENİLƏNİB)
7 sentyabr 2013 22:30

Almaniya və İsveçrədə təşkil olunan voleybol üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, qitə birinciliyində mübarizə aparan Azərbaycan millisi də bu gün növbəti matçına çıxıb.
Faiq Qarayevin yetirmələri ikinci oyununda Belarusla üz-üzə gəlib. Təəssüf ki, millimiz bu dəfə də məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, millimiz ilk görüşündə Xorvatiya ilə üz-üzə gəlmiş və 0:3 hesabıyla uduzmuşdu. Belarus isə startda Rusiyaya 1:3 hesabıyla məğlub olmuşdu.
Qrupun digər oyununda Rusiya Xorvatiya ilə qarşılaşacaq.
Avropa çempionatı
Qrup mərhələsi
C qrupu
7 sentyabr
Azərbaycan - Belarus - 1:3 (23:25, 20:25, 25:17, 22:25)
Turnir cədvəli: Xorvatiya - 3 xal (set fərqi 3:0), Rusiya - 3 (3:1), Belarus - 3 (4-4), Azərbaycan (1-6)