Millimizin baş məşqçisi istefa verməyib
8 sentyabr 2013 11:10
Voleybol üzrə Azərbaycan yığmasının baş məşqçisi Faiq Qarayevin istefası barədə xəbərlər doğru deyil. Bu barədə azerisport.az saytıns Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, hazırda Avropa Çempionatında iştirak edən və ilk iki oyununda məğlubiyyətlə üzləşən komandamızın təcrübəli çalışdırıcısının turnirin gedişi zamanı istefa verdiyi iddia olunurdu. Bu iddia ilə daha çox qrupumuzda rəqibimiz olan Rusiyanın idman mətbuatı çıxış edir. Lakin əslində vəziyyət heç də belə deyil.
Sadəcə, AÇ-dəki Xorvatiya ilə ilk oyunumuzdan sonra Qarayevin səhhətində problem yaranıb. Ona görə də o, Belarusla ötən gün baş tutan oyunda komandamızın sükanı arxasında ola bilməyib və bütün günü həkim nəzarətində qalıb.