Azərbaycan klubları Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər
24 sentyabr 2013 13:05
Bakının qadınlardan ibarət “Azəryol” və “Azərreyl” voleybol komandaları Türkiyədə təlim-məşq toplanışındadırlar. Azerisport.az xəbər verir ki, komandalarımız sentyabrın 26-dan 27-dək Türkiyədə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.
Yarışda Bakı təmsilçiləri ilə yanaşı, yerli “Əczaçıbaşı” və İtaliyanın “Modena” komandaları da iştirak edəcəklər.