Azəryol Türkiyədə keçirilən turnirdə Azərreylə qalib gəlib, üçüncü oldu
1 oktyabr 2013 00:02
Türkiyədə qadın komandaları arasında voleybol üzrə beynəlxalq turnir başa çatıb. Azerisport.az xəbər verir ki, üçüncü yer uğrunda oyunda yarımfinalda uduzmuş komandalar – Azərbaycanın “Azəryol” və “Azərreyl” klubları qarşılaşıblar.
“Azəryol” 3:0 hesabı ilə qələbə qazanaraq üçüncü yeri tutub. Qaliblərin komandasında Polina Rəhimova fərqlənərək 16 xal toplayıb, məğlub komandada Katya Jidkova ən yüksək nəticə göstərərək 10 xal qazanıb.
Finalda isə yerli “Eczaçıbaşı” klubu İtaliyanın “Modena” komandasını 3:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub.