Superliqada qaydalar dəyişdi
7 oktyabr 2013 12:39
Qadın voleybolçular arasında Azərbaycan Superliqası cari mövsümdən yenidən pley-off sisteminə keçib. Azerisport.az xəbər verir ki, yarışda komandaların sayı azaldığından, əvvəlki kimi ilkin mərhələdə 4 dövrəlik sistem qalacaq.
Amma qalib 4 ən güclü klubun 2-ci raundda yeni mübarizəsindən sonra müəyyənləşəcək.
Ölkə çempionatı oktyabrın 17-də start götürəcək. Bu rəqabətdə “Rabitə”, “Azəryol”, “İqtisadçı”, “Azərreyl”, “Lokomotiv” və “Telekom” iştirak edəcəklər.
Qazanılan xallar olduğu kimi qalacaq: 3:0 və 3:1 hesabı ilə bitən oyunda 3, minimalda (3:2) 2 xal qeydə alınacaq. Uduzan kollektiv bu matçda aktivinə 1 xal yazdıracaq.