Azərbaycan DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərini tanıdı
10 oktyabr 2013 11:40

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının 2014-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, millimiz 2-ci qrupa düşüb.
Komandamızın rəqibləri isə Serbiya, İsrail və Estoniya olub. Bu qrupun oyunları gələn ilin yanvar ayının 3-5-i aralığında Bakıda keçiriləcək.
DÇ-2014-ün final mərhələsinə çıxmaq üçün komandamız qrup lider olmalı və ya üç ən yaxşı qrup ikincisindən biri adını qazanmalıdı. Dünya çempionatının final mərhələsi İtaliyada keçiriləcək. Artıq bu ölkə, eləcə də Rusiya və Almaniya DÇ-yə birbaşa vəsiqə qazanıb. Final mərhələsi 2014-cü ilin 23 sentyabr-12 oktyabr tarixləri arasında İtaliyanın Milan, Roma, Triesta, Verona, Modena və Bari şəhərlərində keçiriləcək. Final mərhələsinin iştirakçıları hərəsində altı komanda olmaqla dörd qrupa bölünəcəklər.
Maraq üçün xatırladaq ki, Azərbaycan millisi sonuncu dəfə 2006-cı ildə Yaponiyada keçirilən dünya çempionatında iştirak edib.