Bu gün Bakıda beynəlxalq turnir start götürəcək
11 oktyabr 2013 00:12
Bu gün Bakıda qadın voleybolçular arasında beynəlxalq turnir start götürəcək. Azerisport.az xəbər verir ki, Voleybol Mərkəzində keçiriləcək yarış 3 gün davam edəcək.
Rəqabətdə 3 yerli, 1 qonaq komanda iştirak edir.
Təqvimə əsasən, ilk olaraq mübarizəyə “Azəryol” ilə Türkiyənin “Bursa” kollektivləri qoşulacaqlar. Sonra, “Azərreyl” və “Rabitə” klubları görüşəcək.
11 oktyabr
16:00. “Bursa” – “Azəryol”
18:00. “Azərreyl” – “Rabitə”
12 oktyabr
16:00. “Bursa” – “Azərreyl”
18:00. “Azəryol” – “Rabitə”
13 oktyabr
16:00. “Bursa” – “Rabitə”
18:00. “Azəryol” – “Azərreyl”