Azəryol əzəli rəqibinə qalib gəldi
12 oktyabr 2013 22:58
Bakıda 4 qadın voleybol klubunun iştirakı ilə beynəlxalq turnir davam edir. Azerisport.az xəbər verir ki, bu gün 2-ci turda ölkə çempionatında əzəli rəqiblər olan “Rabitə” ilə “Azəryol” (Azərreyl) klubları üz-üzə gəliblər.
Gərgin matçda “dəmiryolçular» rəqibini “quru” hesabla məğlub edib - 3:0 (25:23, 25:19, 25:23).
Digər oyunda “İqtisadçı” Türkiyə “ “Bursaspor”unu üstələyib - 3:1 (20:25, 25:22, 25:23, 27:25).