İqtisadçıdan növbəti qələbə
13 oktyabr 2013 18:25
Bakıda 5 qadın voleybol klubunun iştirakı ilə beynəlxalq turnir davam edir. Azerisport.az xəbər verir ki, bu gün 3-cü turun görüşləri keçirilib. “Azərreyl” ölkə çempionatının gümüş mükafatçısı “İqtisadçı”ya uduzub - 0:3 (20:25, 21:25, 19:25).
Superliqanın qızıl medallarını sahibi “Rabitə” klubu, öz növbəsində, Türkiyə “Bursaspor”unu üstələyib - 3:2 (21:25, 25:23, 17:25, 25:21, 15:10).
Yarış cədvəlində vəziyyət blelədi: 1. “Azəryol”, 2. “İqtisadçı” - 6 xal (2 oyun); 3. “Rabitə” - 6 (3); 4. “Azərreyl” - 0 (2); 5. “Bursaspor” - 0 (3).