“Rabitə” çətinliklə “Omiçka”ya qalib gəldi
24 oktyabr 2013 19:10
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasında yeni mövsümdə 1-ci tura yekun vurulur. Azerisport.az xəbər verir ki, bu gün 3-cü təmsilçiimiz “Rabitə” doğma divarlarda ilk oyuna çıxıb. Rəqib Rusiyanın “Omiçka” klubu olub.
Azərbaycan çempionu 2 setdə öndə olsa da, qonaqlar hər dəfə hesabı bərabərləşdirib. Tay-brekdə təşəbbbüsü sonadək əldən verməyən paytaxtlılar qləbə qazanıblar – 3:2 (25:16, 20:25, 25:19, 23:25, 15:13).
Qeyd edək ki, buna qədər “Azəryol” Bakıda “Yamamay”ı 3:2, “İqtisadçi” Serbiyanın paytaxtı Belqrada “Srvena Zvezda”nı 3:0 üstələyib.