Rabitədən növbəti qələbə
30 oktyabr 2013 01:05
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasında 2-ci turun görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, son illərin dəyişməz çempionu “Rabitə” Fransada yerli “Bezye klubu ilə qarşılaşıb.
Üstün oyun nümayiş etdirən paytaxtlılar, debütant üzərində asan qələbə qazanıb - (25:23, 25:20, 25:16). Bu uğurdan sonra “A” qrupunda “Rabitə” xalını 5-ə yüksəldib və üst sıradakı yerini möhkəmləndirib.