İqtsadçıdan ÇL-də əzmkar qələbə!
30 oktyabr 2013 00:07
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasında 2-ci turun görüşləri başlayıb. Azerisport.az xəbər verir ki, Bakının “İqtsadçı” klubu evdə Moskva “Dinamo”sunu qəbul edib.
Gərgin mübarizədə ilk 4 setdən sonra hesab bərabər olub. Hər 2 kollektivdə əsas işi liderlərlər görüblər. Hündürboylu Nataliya Opoçayevanın qüvvətli zərbələrinə, bizdən Manon Filer cavab verib.
Tay-brekdə “tələbələr” 3:6 geridə olmasına baxmayaraq, matçda dönüş yarada bilib və yekunda “B” qrupunda 2-ci qələbəsini bayram edib - 3:2 (23:25, 25:21, 19:25, 25:23, 15:13).
Hazırda “İqtsadçı”ın hesabında 5 xal var. Komandamız liderdi.