Azəryol Qalatasaray ilə bacarmadı
31 oktyabr 2013 01:03
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 2-ci turu çərçivəsində “Azəryol” klubu dünən İstanbulda “Qalatasaray”la qarşılaşıb. Azerisport.az xəbər verir ki, yeni mövsümə qələbə ilə başlayan “dəmiryolçular” Türkiyədə bunun davamını gətirə biliəyiblər.
Gərgin keçmiş mübarizədə meydan sahibələri qalib gələrək, qrupda 2-ci yerə yüksəlib - 3:1 (25:23, 25:21, 27:29, 25:23). Bizdən ən yaxşı voleybolçu Ədinə Əliyeva olub (22 top).
1. “Proseçço” – 5 xal; 2. “Qalatasaray” – 4; 3. “Azəryol” – 2; 4. “Yamamay”