Azerreyl də 1/8 finala çıxdı
31 oktyabr 2013 20:37
Qadın voleybolçulardan ibarət “Azerreyl” klubu, bu gün CEV kubokunda 1/16 final mərhələsində cavab matçına çıxıb. Azerisport.az xəbər verir ki, “dəmiryolçular” ilk görüşdə 2:3 uduzduğu Belqrad “Partizan”ını qəbul edib.
Səfərdən fərqi, doğma divarlar arasında yaxşı təsir bağışlayan “Azerreyl”, növbəti mərhələyə adlamağı bacarıb - 3:1 (25:9, 21:25, 25:17, 25:19).
Qeyd edək ki, digər təmsilçimiz “Lokomotiv” də Çex Respublikasının komandası “Brno”nu üstələyərək, 1/8 mərhələyə adlayıb.