Ədinə Əliyeva: Hakimlər bizi sıxdılar
31 oktyabr 2013 12:35
“İstanbulda yaxşı oynamadıq. Çox sayda səhv buraxdıq. Bunun da nəticəsində, meydanı məğlub tərk etdik”. Bunu azerisport.az saytına açıqlamasında “Azəryol”un aparcı voleybolçusu Ədinə Əliyeva deyib.
Dünən Avropa Çempionlar Liqası çərçivəsində səfərdə “Qalatasaray”la keçirilmiş matçda 1:3 uduzan “dəmiryolçular”, qrupda 3-cü yerə eniblər. Hücumçu bildirib ki, olan olub, indi cavab görüşünü düşünməlidirlər:
“2-ci və 3-cü setdə hakimlər bizi sıxdılar. Bu, oyunumuza təsirini göstərdi. Biz rəqibi Bakıda gözləyirik. Öz üzərimizdə daha çox işləyib, buraxıdan səhvləri təkrarlamamağa çalışacağıq”.