Millinin DÇ-dəki oyunlarının təqvimi açıqlandı
7 noyabr 2013 12:10
Qadın voleybolçulardan ibarət milli komandamızın 2015-ci ildə keçiriləcək dünya çempionatında iştirak etmək üçün, təsnifat mərhələsində «J» qrupunda oynayacaq matçların vaxtı müəyyənləşib.
Azerisport.az xəbər verir ki, final mərhələsinə qrup qalibləri və 2 ən çox xal toplayan 2-ci yerin sahibələri çıxacaqlar. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv həlledici raunda 2 dəfə vəsiqə qazanıb. Yaxın keçmişdə, 1994-cü ildə Braziliyada təşkil olunmuş mundialda 12 komanda arasında 9-cu olan millimiz, 2006-cı ildə Yaroniyada, Koreya yığması ilə 13-14-cü yerləri bölüşdürmüşdü.
1-ci tur (3 yanvar 2014)
16:00 Serbiya - Estoniya
19:00 Azərbaycan - İsrail
2-ci tur (4 yanvar)
16:00 Serbiya - İsrail
19:00 Estoniya - Azərbaycan
3-cü tur (5 yanvar)
16:00 İsrail - Estoniya
19:00 Azərbaycan - Serbiya