Dördlər finalı yenidən Bakıda
10 noyabr 2013 17:44
Azərbaycaycan paytaxtı qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının “dördlər finalı”na yenə ev sahibliyi edəcək. Azərisport.az xəbər verir ki, bu mötəbər yarışın təşkilatçısı son illərin dəyişməz çempionu “Rabitə” klubu olacaq. Maçtlar gələn ilin martında keçiriləcək tutacaq.
Həlledici mərhələnin görüşləri “Büllur” Sarayda baş tutacaq. Qeyd edək ki, sözügedən yarış Bakıda 2011-12 mövsümündə təşkil olunub. Voleybol başbilənlərimizin səriştəsizliyi üzündən, komandalarımız ev sahibi qismində “dördlər finalı”na birbaşa düşə bilməmişdi.
“Rabitə” və “Azərreyl” iddialarını birgə davam etdirdiyindən (CEV qaydalarında biri mübarizədən çəkilməli və digər 3 opponentini final raundunda gözləməli idi), yarışda rəqabəti sonadək aparmaq məcburiyyətində qalmışdılar. Belədə, hər 2 kollektiv həlldeci mərhələnin bir addımlığında mübarizəni dayandırmışdı.