“Rabitə”nin yeni baş məşqçisi yerli oldu
11 noyabr 2013 13:19
Qadın voleybolçulardan ibarət “Rabitə” klubu italiyalı baş məşqçi Ancolino Friqoni ilə yolunu ayırıb. Azerisport.az xəbər verir ki, buna səbəb, ölkə çempionunun gələn ilin martında Avropa Çempionlar Liqasının “dördlər finalı”na ev sahibəliyi ilə bağlı daha yaxşı hazırlaşmasıdı.
Əsas məqsəd kollektiv daxilində ciddi nizam-intizam göstərilir. Maraqlıdı ki, daim əcnəbilərə üstünlük verən “Rabitə” rəhbərliyi bu dəfə yerli mütəxəssisin üzərində dayanıb - klub “Telekom”un məşqçisi Eldar Yusubova şans verib.