CEV Bakı səfərindən razı qalıb
11 noyabr 2013 14:31
Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Mayerin rəhbərlik etdiyi nümayəndə heyətinin paytaxtımızda işgüzar səfəri sona çatıb. Azerisport.az xəbər verir ki, rəsmilər qısa müddət ərzində bir neçə görüş keçirib və 2015-ci ildə ilk Avropa oyunlarının təşkil olunacağı idman qurğuları ilə tanış olublar.
Toplantı zamanı, qonaqlar, ölkəmizdə voleybolun inkişafını yüksək qiymətləndiriblər, 5 komandamızın Avropa kuboklarında inamlı çıxışlarından danışıblar.