Natəvan Əfşar Rabitə ilə oyun öncəsi iddialı danışdı
22 noyabr 2013 13:40
Sabah voleybolçu qadınlar arasında Azərbaycan Super Liqasında 2-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, turun mərkəzi görüşü Azərbaycan voleybolunun flaqmanı “Azəryol” ilə son illərin dəyişməz çempionu “Rabitə” arasında baş tutacaq.
“Sarı-qaralar”ın aparıcı voleybolçusu Natəvan Əfşar saytımıza açıqlamasında bu matçla bağlı fikirlərini bildirib: “Azərbaycan çempionatında güclü klublarından olan “Rabitə” ilə qarşılaşacağıq. Bütün çalışmarı bunun üzərində aparırıq. İnşallah, qələbə qazanıb Avropa Çempionlar Liqasında növbəti oyuna yüksək ab-havada çıxarıq”.
Xatırladaq ki, sözügedən matç saat 19:00-da AVF-in Voleybol Mərkəzində baş tutacaq.