Natalya Məmmədova Omiçkaya 28 xal qazandırdı
25 noyabr 2013 11:25
Qadın voleybolçular arasında Rusiya çempionatının yuksək liqasında 7-ci turun görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, milli komandamızın aparıcı üzvü Natalya Məmmədovanın çıxış etdiyi “Omiçka” klubu səfərdə Moskva “Dinamo”sunu 3:2 hesabı ilə üstələyib.
Bu matçda Nataşa 28 xal qazanıb. Hazırda Omsk təmsilçisinin 14 xalı var, kollektiv yarış cədvəlində 2-ci yerdə qərarlaşıb.