Azəryol zəif rəqibə qarşı
25 noyabr 2013 12:00
Bu gün qadın voleybolçular arasında Superliqanın 3-cü turu çərçivəsində bir görüş keçiriləcək. Azərisport.az xəbər veir ki, Avropa Çempionlar Liqasının iştirakçısı “Azəryol” ötən mövsümün debütantı “Telekom”la qarşılaşacaq.
Adı çəkilən görüş 16:00-da baş tutacaq. Hazırda hər iki kollektivin hesabında 2 xal var və onlar müvafiq olaraq, yarış cədvəlində 3-5-ci yerləri bölüşürlər.