Natəvan Əfşar: Rəqib sonadək mübarizə aparan komandadır
26 noyabr 2013 15:22
Bu gün qadın voleybolçular qadın arasında Avropa Çempionlar Liqasında 3-cü tur start götürəcək. Azerisport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Azəryol” noyabrın 28-də növbəti mübarizəyə qoşulacaq.
“Dəmiryolçular” səfərdə İtaliyanın “Prosekko Dok-İmoko” klubu ilə qarşılaşacaqlar. “Sarı-qaralar”ın aparıcı üzvü Natəvan Əfşar saytımızı acıqlamasında, rəqibin çox güclü olduğunu deyib:
“Konegliano şəhərinin komandası qrupumuzun favoriti “Qalatasaray”ı öz yerində məğlub etdi və göstərdi ki, debütant olmasına baxmayaraq, zəif deyil. Səfər görüşləri çətin olur. Amma biz ora uduzmağa yollanmırıq.
Əminəm, əgər oyunumuz alınsa, azarkeşlərimizə çox zövqlü bir voleybol nümayiş etdirəcəyik. Rəqib sonadək mübarizə aparan komandadır. Biz də meydançada sonadək vuruşmalıyıq ki, qələbə qazanaq”.