Dəyişməz çempion Almaniya klubuna qarşı
27 noyabr 2013 13:22
Qadın voleybolçular ibarət “Rabitə” klubu, Avropa Çempionlar Liqasında yer aldığı “A” qrupunda bu gün növbəti matça çıxacaq. Azerisport.az xəbər verir ki, son illərin dəyişməz çempionu səfərdə Almaniya “Drezdner”inin qonağı olacaq.
Bu, yeni baş məşqçi Eldar Yusubovun avroliqada ilk sınağı olacaq. Yerli mütəxəssis qarşıdakı görüşlərdə özünü doğruldarsa, postunda qalacağı ehtimal edilir.
Hazırda 5 xalla qrupda 2-ci olan “Rabitə” rəqibini üstələyəcəyi halda, zirvədəki yerinə qayıdacaq. Sözü gedən matç saat 22:00-da başlayacaq.