“İqtisadçı” uduzdu
27 noyabr 2013 21:05
Qadın voleybolçular ibarət “İqtisadçı” klubu Avropa Çempionlar Liqasında yer aldığı “B” qrupunda bu gün növbəti matça çıxıb. Azerisport.az xəbər verir ki, ölkə çempionatının gümüş mükafatçısı evdə İtaliyanın “Pyaçentsa” komandasını qəbul edib.
Gərgin mübarizədə rəqib “tələbələr”i 3:1 hesabı ilə üstələyib - (25:16, 25:18, 21:25, 25:20). Bu məğlubiyyətdən sonra aktivində 5 xal olan “İqtisadçı” 2-ci pilləyə enib.