Rabitə Almaniya klubuna qalib gəldi
28 noyabr 2013 00:15
Qadın voleybolçular arasında Çempionlar Liqasının 3-cü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Rabitə” Almaniyada “Drezdner”in qonağı olub.
Təmsilçimiz almanlara heç bir şans verməyib. Belə ki, "Rabitə" səfərdə 3:0 hesablı qələbə qazanıb. Bununla da Bakı klubu qrup liderliyini geri qaytarıb.
Çempionlar Liqası
A qrupu
27 noyabr
Drezdner (Almaniya) - Rabitə (Azərbaycan) - 0:3 (19:25, 23:25, 20:25)