Azəryol lideri məlğub etdi
3 dekabr 2013 22:36
Qadınlardan ibarət “Azəryol” klubu Avropa Çempionlar Liqasındayer aldığı “E” qrupunda bu gün növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, ölkə voleybolunun flaqmanı 4-cü turda doğma divarlar arasında İtaliyanın “Proseçço Dok-İmoko” komandasını qəbul edib.
Bu kollektivlər arasında bir həftə öncə baş tutmuş matçda“dəmiryolçular” 2 dəfə setdə öndə olsalar da, təşəbbüsü sonadək saxlaya bilməyib,həlledici torda meydan sahibələrə uduzmuşdular - 2:3.
Cavab oyununda “Azəryol” yaxşı təsir bağışlayıb və liderin daha da irəliləməsinin qarşısını alıb - 3:1 (25:23, 30:32, 25:22, 25:23)
Yarış cədvəli: 1. “Proseçço Dok-İmoko” (İtaliya) - 7 xal(10-8 set hesabı), 2. “Qalatasaray” (Türkiyə) – 7 (8-4), “Azəryol” – 6 (9-9), “Unendo Yamamay” (İtaliya) – 1 (3-9).