Azəryol revanş əzmindədir
3 dekabr 2013 11:22
Qadınlardan ibarət “Azəryol” klubu Avropa Çempionlar Liqasında yer aldığı “E” qrupunda bu gün növbəti oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, ölkə voleybolunun flaqmanı 4-cü turda doğma divarlar arasında İtaliyanın “Proseçço Dok-İmoko” komandasını qəbul edəcək.
Bu kollektivlər arasında bir həftə öncə baş tutmuş matçda “dəmiryolçular” iki dəfə setdə öndə olsalar da, təşəbbüsü sonadək saxlaya bilməyib həlledici setdə meydan sahibinə 2:3 hesabı ilə məğlub olmuşdu.
Yarış cədvəli:
1. “Proseçço Dok-İmoko” (İtaliya) - 7 xal (set hesabı: 9:5), 2. “Qalatasaray” (Türkiyə) - 7 (8:4), “Azəryol” - 3 (6:8), “Unendo Yamamay” (İtaliya) - 1 (3:9).