Marko Qaspari: Bizə Bakıda çətin olacaq
3 dekabr 2013 12:55
Qadınlar voleybolçular arasında Avropa Çempionlar Liqasının “E” qrupunda səfərdə “Azəryol”la qarşılaşacaq “Proseçço Dok-İmoko”nun baş məşqçisi Marko Qaspari, bu matç ərəfəsində fikrini İtaliya mətbuatına açıqlayıb. Azerisport.az xəbər verir ki, apenninli mütəxəssis, onları çətin Azərbaycan səfərinin gözləyəcəyini deyib:
“Bakıya səfər öncəsi ölkə çempionatında bir oyunumuz vardı. Biz həmin görüşü uduzduq. Amma bilirəm, daha yaxşı çıxış edə bilərik. Əminəm ki, “Azəryol”a qarşı gözəl oyun nümayiş etdirə bilərik.
Bizə orada çətin olacaq. Hədəfə çatmaq üçün, var gücümüzü ortaya qoymalıyıq. Məqsədimiz pley-off mərhələsinə adlamaqdır”.