Natəvan Əfşar: Lazım olan 3 xalı qazandıq
4 dekabr 2013 13:31
Qadın voleybolçulardan ibarət “Azəryol” klubu, dünən Avropa ÇempionlarLiqasının qrup mərhələsində evdə İtaliyanın “ProseççoDok-İmoko” kollektivini 3:1 məğlub edərək, pley-offa çıxmaq imkanını saxladı. Azerisport.az-ın əməkdaşına açıqlamasında komandanın toppaylayıcısı Natəvan Əfşar deyib ki, onların məqsədi, növbəti görüşlərdə də qalib gəlməkdir:
“Bu qələbə bizə çox vacib idi. Komandamız rəqiblə oyunda sonadək əzmkar mübarizə apardı. Lazım olan 3 xalı qazandıq. Qarşıda daha iki vacib matçımız var. Hər iki kollektivi üstələmək gücünə malikik”.
“Bu qələbə bizə çox vacib idi. Komandamız rəqiblə oyunda sonadək əzmkar mübarizə apardı. Lazım olan 3 xalı qazandıq. Qarşıda daha iki vacib matçımız var. Hər iki kollektivi üstələmək gücünə malikik”.