Azərreyl Çex klubuna imkan vermədi
4 dekabr 2013 20:26
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu, bu gün CEV kubokunda 1/8 final mərhələsində ilk oyununa çıxıb.
Azerisport.az xəbər verir ki, “dəmiryolçular” doğma divarlar arasında SK UP “Olomuts”u (Çex Respublikası) qəbul ediblər.
Voleybol mərkəzində baş tutmuş görüşdə ev sahibləri seviniblər - 3:0 (25:21, 25:19,25:20). Cavab matçı 1 həftə sonra rəqib meydanında keçiriləcək.