“Hapoel” Bakıdan məğrul ayrıldı
5 dekabr 2013 20:33
Qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu bu gün CEV kubokunda 1/8 final mərhələsində ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, “dəmiryolçular” doğma divarlar arxasında İsrailin “Hapoel” komandasını qəbul edib.
Mütəxəssislərin ehtimalına görə, bu görüşdə Bakı təmsilçisi favorit idi. Matçın gedişində mülahizələr özünü doğruldub və “Lokomotiv” rəqib üzərində asan qələbə qazanıb - 3:0 (25:16, 25:19, 25:14).