İlk pley-offa adlayan Rabitə oldu
5 dekabr 2013 23:28
Bu gün qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının “A” qrupunda “Rabitə” 4-cü oyununu keçirib. Azerisport.az xəbər verir ki, son illərin dəyişməz çempionu evdə Almaniyanın “Drezdner” komandası ilə qarşılaşıb.
Bakı təmsilçisi 3:0 və ya 3:1 qalib gələcəyi təqdirdə, qrupda yenidən ilk pilləni ələ keçirəcəkdi. Matçın gedişi bunu göstərib: “rabitəçilər” maksimum nəticə göstəriblər - 3:0 (25:14, 25:15, 25:19).
Bununla da Eldar Yusubovun komandası cari rəqabətdə pley-offa çıxan ilk Azərbaycan təmsilçisi olub.
Yarış cədvəli: 1. “Rabitə” – 11 xal (12-2 set hesabı); 2. “Omiçka” (Rusiya) – 10 (11-3); 3. “Drezdner” (Almaniya) – 3 (3-10); 4. “Bezye”(Fransa) – 0 (1-12).