“Rabitə” üçün liderlik şansı
5 dekabr 2013 12:15
Bu gün “Rabitə” qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının “A” qrupunda 4-cü oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, son illərin dəyişməz çempionu evdə Almaniyanın “Drezdner” komandası ilə qarşılaşacaq.
Bakı təmsilçisi 3:0 və ya 3:1 qalib gələcəyi təqdirdə, qrupda yenidən ilk pilləni ələ keçirəcək. Bu matç 17:00-da start götürəcək.
Yarış cədvəli: 1. “Omiçka” (Rusiya) - 10 xal (set hesabı: 11-3); “Rabitə” - 8 (9-2); “Drezdner” (Almaniya) - 3 (3-7); “Bezye”(Fransa) - 0 (1-12).