İqtisadçı işini çətinə saldı
6 dekabr 2013 10:55
Qadınlardan ibarət “İqtisadçı” klubu Avropa Çempionlar Liqasında yer aldığı “B” qrupunda dünən növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, “tələbələr” İtaliyada yerli “Rebeççini” kollektivi ilə görüşüblər.
Sözügedən matç Bakı təmsilçiçi üçün mühüm əhəmiyyət daşıyırdı. 23:30-da başlayan oyunda Bülənd Qarslıoğlunun komandası qalib gələcəyi halda, pley-offa çıxmaq imkanını yaxşılaşdıracaqdı. Amma “İqtisadçı” bunu bacarmayıb və məğlub olaraq, işini çətinə salıb.
Yarış cədvəli: 1. “Dinamo”M (Rusiya) - 10 xal (set hesabı: 11-6), 2.“Rebeççini” (İtaliya) - 9 (10-4), 3. “İqtisadçı” - 5 (7-8), 4. “Srvena Zvezda”(Serbiya) - 0 (2-12).