Qalatasaray flaqmana hakimin köməyi ilə qalib gəldi?
10 dekabr 2013 22:20
Qadınlardan ibarət “Azəryol” klubu Avropa Çempionlar Liqasındayer aldığı “E” qrupunda bu gün növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, ölkə voleybolunun bayraqdarı 5-ci turda doğma divarlar arasında Turkiyənin “Qalatasaray” komandasını qəbul edib.
Sözügedən kollektivlər arasında İstanbulda keçirilmiş ilk görüş meydan sahibələrinin 3:1 hesablı qələbəsi ilə başa çatmışdı. Bu üzdən, “sarı-qaralar” meydançaya revanş istəyi ilə çıxmışdılar. Matçın gedişində “Azəryol” setdə 2 dəfə öndə olsa da, rəqib hər dəfə hesabı bərabərləşdirə bilib.
Tay-brekdə hesab 15:13 bizim xeyrimizə olarkən, “Qalatasaray” camiyəsi son topa etiraz edib. Nəticədə, hakim hesabı “sarı-qırmızılar”ın xeyrinə dəyişib - 14:14. Həlledici hissə sonda İstanbul təmsilçisinin xeyrinə bitib - 3:2 (21:25, 25:22, 21:25, 25:15, 16:14).
Baş referinin qərarına etiraz edən “Azəryol” rəhbərliyi bu matçın nəticəsindən CEV-ə şikayət edəcək.
Yarış cədvəli: 1. “Qalatasaray” (Türkiyə) - 12 xal (14-6); 2. “Proseçço Dok-İmoko” (İtaliya) - 7 (10-8 set hesabı); 3. “Azəryol” - 7 (11-12); 4. “Unendo Yamamay” (İtaliya) - 1 (3-12).