İqtisadçı üçün tale oyunu
10 dekabr 2013 11:22
Qadınlardan ibarət “İqtisadçı” klubu Avropa Çempionlar Liqasında yer aldığı “B” qrupunda bu gün növbəti matçını keçirəcək. Azerisport.az xəbər verir ki, 5-ci turda “tələbələr” Moskvada yerli “Dinamo” kollektivi ilə qarşılaşacaqlar.
Sözügedən matç Bakı təmsilçiçi üçün mühüm əhəmiyyət daşıyır. 19:00-da başlayacaq oyunda Bülənd Qarslıoğlunun komandası 3:0 və ya 3:1 hesabı ilə qalib gələcəyi halda, pley-offa çıxmaq imkanını saxlayacaq.
Yarış cədvəli: 1. “Dinamo”M (Rusiya) - 10 xal (set hesabı: 11-6); 2. “Rebeççini” (İtaliya) - 9 (10-4); 3. “İqtisadçı” - 5 (7-8); 4. “Srvena Zvezda” (Serbiya) - 0 (2-12).