Qalatasarayın meneceri Bakı voleybol mərkəzinin administratorunu itələdi (FOTO)
11 dekabr 2013 13:17
Qadınlar arasında voleybol üzrə çempionlar liqasının 5-ci turu çərçivəsində keçirilmiş “Azəryol” - “Qalatasaray” (2:3) qarşılaşmasında asayişi pozanlardan birinin kimliyinə aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, bu şəxs, “Qalatasaray”ın meneceri Orkan Darneldir.
O, komandasının bütün məşqçiləri və administratoru ilə meydançaya qaçaraq, meydanın mərkəzində çəkilmiş tarım tora zərbə endirib, Bakı voleybol mərkəzinin administratorunu itələyib və hakimi təhqir edib.
.jpg)