Hakimlər Azəryolun haqlı olduğunu təsdiqlədilər
11 dekabr 2013 13:33
Qadınlar arasında voleybol üzrə çempionlar liqasının 5-ci turu çərçivəsində keçirilmiş “Azəryol” - “Qalatasaray” (2:3) qarşılaşmasının hakimləri, Bakı təmsilçisinin haqlı olduğunu təsdiqləyib. Azerisport.az xəbər verir ki, həlledici beşinci partiyada “Azeryol”un həlledici xallarının hesaba alınması və qonaqların hakimlərə təzyiqi nəticəsində, qərarın Türkiyə təmsilçisinin xeyrinə dəyişdirilməsi qalmaqala səbəb olmuşdu.
Xatırladaq ki, hesabın 14:13 “Azeryol”un xeyrinə olduğu bir anda, hakimlər komandamızın həlledici xalını hesaba almış və bu qonaq komandanın hiddətinə səbəb olmuşdu. Meydanda qalmaqal salan qonaqlar hakimin qərarını dəyişməsinə nail olmuşdular.
“Azeryol” təmsilçiləri qonaqların bəzi üzvlərinə qırmızı vərəqə göstərilməsi tələbini də səsləndirib.