Lokomotiv 1/4 finalda Polşa klubu ilə qarşılaşacaq
12 dekabr 2013 13:55
Qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu dünən CEV kubokunda 1/8 final mərhələsində cavab oyununa çıxıb. Azerisport.az xəbər verir ki, “dəmiryolçular” səfərdə İsrailin “Hapoel” komandası ilə qarşılaşıblar.
İlk matçda evdə rəqibini 3:0 üstələyən Bakı təmsilçisi, eyni nəticəni Kfar Sabada da göstərib - 3:0 (25:18, 25:14, 25:11).
İlk matçda evdə rəqibini 3:0 üstələyən Bakı təmsilçisi, eyni nəticəni Kfar Sabada da göstərib - 3:0 (25:18, 25:14, 25:11).
“Lokomotiv” 1/4 finalda SVS “Poşt” klubunu sıradan çıxarmış Polşa “Fakro”su ilə görüşəcək.