Natalya pişiklərə 8 xal qazandırdı
12 dekabr 2013 14:14
Qadınlardan ibarət milli komandamızın aparıcı voleybolçusu Natalya Məmmədovanın çıxış etdiyi “Omiçka” klubu Avropa Çempionlar Liqasında növbəti qələbəsini qazanıb. Azerisport.az xəbər verir ki, “pişiklər” Almaniyada yerli “Drezdner”ə 3:1 hesabı ilə qalib gələrək, “A” qrupda “Rabitə” ilə xal fərqini yenidən minimuma endiriblər.
Bu matçda Nataşa hesabına 8 xal yazdırıb. Hazırda Oms təmsilçisi 13 xalla “A” qrupunda 2-ci yerdə qərarlaşıb.