Azərreyl də 1/4 finalda
12 dekabr 2013 22:11
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün CEV kubokunda 1/8 final mərhələsində cavab matçına çıxıb. Azerisport.az xəbər verir ki, “dəmiryolçular” Çexiyada yerli “Olomuts” klubu ilə qarşılaşıbılar.
İlk oyunda rəqibini 3:0 məğlub etmiş Bakı təmsilçisi səfərə rahat yollanmasına baxmayaraq, ilk 2 setdə çətin anlar yaşayıb. Uduzduğunu görən “Azərreyl” yalnız 3-cü hissədə toparlana bilib və matçı xeyrinə dəyişib - 3:2 (27:25, 22:25, 25:19,25:13, 15:10).
1/4 finalda komandamız Rusiya “Uraloçka”sı ilə qarşılaşacaq. Qeyd edək ki, bu gün Azərbaycanın digər təmsilçisi “Lokomotiv” də növbəti mərhələyə adlayıb.