Rabitə pişikləri evində boğdu
17 dekabr 2013 18:15
Qadın voleybolçulardan ibarət “Rabitə” klubu bu gün Avropa Çempionlar Liqasının A qrupunda sonuncu matçına çıxıb. Azerisport.az xəbər verir ki, son illərin dəyişməz çempionu səfərdə Rusiyanın “Omiçka” komandasına qonaq olub.
İlk 2 hissədə “rabitəçilər” üstün olsa da, növbəti 2 seti “pişiklər” hesabda tarazlıq yaradıblar. Həlledici mərhələdə yenidən toparlanan Bakı təmsilçisi, sonda qalib gəlməyi bacararaq, qrup görüşlərini vahid lider kimi qapayıb - 3:2 (25:19, 25:22, 23:25, 19:25, 15:11).
Yarış cədvəli: 1. “Rabitə” - 16 xal (set hesabı: 18-5); 2. “Omiçka” (Rusiya) - 11 (13-6); 3. “Drezdner” (Almaniya) - 3 (3-10); 4. “Bezye”(Fransa) - 0 (2-15).