İqtisadçı autsayderə qarşı
17 dekabr 2013 12:03
Qadınlardan ibarət “İqtisadçı” voleybol klubu Avropa Çempionlar Liqasında yer aldığı “B” qrupunda bu gün son oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, 6-cı turda “tələbələr” paytaxtda Serbiyanın “Srvena Zvezda” kollektivini qəbul edəcək.
Sözügedən matç ölkə çempionatının gümüş mükafatçısı üçün elə də əhəmiyyət daşımır. İstənilən nəticədə, “İqtisadçı” qrüpda 3-cü yerdə qalacaq. Bu qarşılaşma saat 18:00-da başlayacaq.
Yarış cədvəli: 1. “Dinamo” M (Rusiya) - 13 xal (set hesabı: 14-6); 2. “Rebeççini” (İtaliya) - 12 (13-5); 3. “İqtisadçı” - 5 (7-11); 4. “Srvena Zvezda” (Serbiya) - 0 (3-15).