“Azəryol” pley-offa çıxa biləcəkmi?
17 dekabr 2013 12:30
Qadınlardan ibarət “Azəryol” klubu Avropa Çempionlar Liqasında yer aldığı “E” qrupunda bu gün son matçına çıxacaq. Azerisport.az xəbər verir ki, ölkə voleybolunun bayraqdarı 6-cı turda İtaliyada yerli “Unendo Yamamay” komandası ilə qarşılaşacaq.
“Dəmiryolçular” növbəti mərhələyə adlamaq üçün, mütləq rəqibinə 3:0 və ya 3:1 hesabları ilə qalib gəlməli, eyni nəticə ilə “Qalatasaray”ın digər Appenni təmsilçisi “Proseçço Dok-İmoko” kollektivini məğlub etməsini arzulamalıdır.
“Azəryol” həlledici görüşə saat 23:30-da çıxacaq.
Yarış cədvəli: 1. “Qalatasaray” (Türkiyə) - 12 xal (set hesabı: 14-6); 2. “Proseçço Dok-İmoko” (İtaliya) - 10 (13-8); 3. “Azəryol” - 7 (11-12); 4. “Unendo Yamamay” (İtaliya) - 1 (3-15).