Azəryol məğlub oldu, ÇL ilə vidalaşdı
18 dekabr 2013 01:00
Qadın voleybolçulardan ibarət “Azəryol” klubu Avropa Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçına çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz son görüşünü səfərdə İtaliya "Yamamay"ına qarşı keçirib.
Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Nəticədə "Azəryol" qrupunda 3-cü yeri tutaraq ÇL-lə vidalaşıb.
Çempionlar Liqası
Qrup mərhələsi
17 dekabr
Yamamay - Azəryol - 3:0 (25:14, 25:17, 25:19)
Turnir cədvəli: Qalatasaray (Türkiyə) – 12 xal (set fərqi - 14:6), Konelyanko (İtaliya) – 10 (13:8), Azəryol – 7 (11:15), Yamamay – 4 (6:15)