İqtisadçı Avropanın ən yaxşı komandası ilə qarşılaşacaq
19 dekabr 2013 15:22
Voleybol klubu “İqtisadçı” ÇL-in 1/8 final mərhələsində qarşılaşacağı rəqibini tanıyıb. Azerisport.az xəbər verir ki, bu, titulun hazırki sahibi, Türkiyənin “Vakıfbank” kollektividir.
Komandamız ilk oyununun 2014-cü ilin yanvar ayının 14-16-sı aralığında evdə, cavab görüşünü isə 21-23 yanvar aralığında səfərdə keçirəcək. Qələbə qazanacağı təqdirdə “İqtisadçı”, “Kann” (Fransa) - “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.