Bakı dördlər finalını qəbul edəcək
19 dekabr 2013 15:33
“Rabitə” ÇL-in Dördlər finalına ev sahibliyi edəcək. Aerisport.az xəbər verir ki, görüşlər 2014-cü ilin 15-16 mart tarixində keçiriləcək.
Bakı yarışıa ev sahibliyi mübarizəsində Kazanı geridə qoyub. Qitənin ali qurumu seçimini paytaxtımızın lehinə verib.
Xatırladaq ki, Bakı 2012-ci ilin martında Dördlər finalına qəbul etsə də, bu yarışda Azərbaycan komandaları iştirak etməyib. Bu dəfə isə Dördlər finalının təşkilatçısı final turnirinə birbaşa vəsiqə əldə edib.